Elhad Nəzirinin komandasının rəqibləri müəyyənləşdi
09.02.2013 - 22:57
Elhad Nəzirinin komandasının rəqibləri müəyyənləşdi
Azərbaycan milli komandasının futbolçusu Elhad Nəzirinin çıxış etdiyi Moldovanın “Milsami” klubunun yoldaşlıq matçlarının qrafikində dəyişikliklər olub. Apasport.az saytının məlumatına görə, Türkiyədə təlim-məşq toplanışında olan təmsilçimizin komandası dörd yoxlama oyunu keçirəcək.

Belə ki, “qartallar” sabah Belarus çempionu BATE ilə qarşılaşacaq. Fevralın 12-də isə Moldova kubokunun sahibinin rəqibi Bolqarıstan “Slaviya”sı olacaq. İki gün sonra “Milsami” Rumıniya “Çahleul”u ilə gücünü sınayacaq. Növbəti sonuncu gün isə onların rəqibi yenə Rumıniya klubu “Sedcat” olacaq.