Ruslan Abışov meydana çıxmadı, komandası uduzdu
09.02.2013 - 23:43
Ruslan Abışov meydana çıxmadı, komandası uduzdu
Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovun transfer olunacağı gözlənilən “Rubin” bu gün növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, İspaniyada təlim-məşq toplanışında olan Kazan klubu Ukrayna “Dnepr”i ilə qarşılaşıb.

Matç Tatarıstan təmsilçisinin məğlubiyyəti ilə başa çatıb – 0:1. Lakin Almaniyada cərrahiyə əməliyyatı olunan və daha sonra “Rubin”in düşərgəsinə qatılan Abışova, bu oyunda baş məşqçi Qurban Berdıyev şans verməyib.

Qeyd edək ki, Ruslan “Rubin”in heyətində artıq bir oyunda forma geyinib. Bu, ötən ayın 21-də, Antalyada Moldova “Şerif”inə qarşı matçda baş verib.