Nildonun uğursuz qol seriyası
10.02.2013 - 00:24
Nildonun uğursuz qol seriyası
AZAL-ın hücumçusu Junior Nildo uğursuz qol seriyasına son qoyub. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının 19-cu turunda “Simurq”la (1:1) qarşılaşmada braziliyalı futbolçunun vurduğu top, onun bu mövsüm çempionatda rəqib qapılarından keçirdiyi 10-cu qolu olub.

Amma Nildo sonuncu dəfə oyunda Topaz Premyer Liqasının 11-ci turunda fərqlənib. “Bakı” (2:1) ilə matçın 76-cı dəqiqəsində adını tabloya yazdıran Junior komandasına qələbə qazandırmışdır. Düzdür o, ötən tur da rəqib qapısından qol keçirmişdir.

Belə ki, “Neftçi” - AZAL (4:2) görüşünün əsas vaxtına əlavə edilən 3-cü dəqiqdə Nildo matçın yekun nəticəsini bəlli edən topu vurmuşdur. Lakin “sambaçı” bu qolu oyunda penaltidən fərqlənmişdir.

Beləliklə, “AZAL Arena”da “Simurq”la 1:1 hesablı bərabərə qalan AZAL-ın forvard Nildo penalti xaricində 7 turluq uğursuz qol seriyasına son qoyub.