Son çempion məyus oldu, “Bavariya” darmadağın etdi
10.02.2013 - 03:02
Son çempion məyus oldu, “Bavariya” darmadağın etdi
Almaniya Bundesliqasında 21-ci turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, turun ilk matç günündə yeddi qarşılaşma baş tutub.

Evində “Hamburq”u qəbul edən Dortmund “Borussiya”sı yerli azarkeşlərini məyus edib – 1:4. Eyni hesabla “Verder” səfərdə “Ştuttqart”ı üstələyib.

“Bavariya” yenə turu qələbə ilə başa vurub. “Şalke”ni qonaq edən Münhen klubu rəqibini darmadağın edib – 4:0.

Qeyd edək ki, Almaniya Bundesliqasının 21-ci turunun digər oyunları bu gün keçiriləcək.


Almaniya Bundesliqası

21-ci tur

9 fevral

“Borussiya” (Dortmund) – “Hamburq” – 1:4
Qollar: Levandovski, 17 – Rudnevs, 18; 62, Son, 26; 89

“Ayntraxt” – “Nurnberq” – 0:0

“Qreuther Furs”– “Volfsburq” – 0:1
Dost, 23

“Hannover” – “Hoffenhaym” - 1:0
Diuf, 8

“Borussiya” (Münhenqladbax) – “Bayer” – 3:3
Ştransl, 44, De Yonq, 58, Hermann, 86 – Sam, 52, Kisslinq, 60, Şürle, 64

“Ştuttqart” – “Verder” – 1:4
Traore, 50 – Ekici, 34; 74, Hunt, 61, De Brayn, 90

“Bavariya” – “Şalke” – 4:0
Alaba, 19-pen; 51, Şvaynştayger, 32, Qomes, 64

10 yanvar

“Ausburq” – “Mayns”
“Frayburq” – “Fortuna”