Aleks “Kortiba”da ilk qolunu vurdu - VİDEO
10.02.2013 - 03:55
Aleks “Kortiba”da ilk qolunu vurdu - VİDEO
Ötən mövsüm “Fənərbaxça”dan ayrılıb “Koritiba” ilə anlaşan Aleks de Souza yeni komandasının heyətində ilk qolunu vurub. Apasport.az saytının məlumatına görə, ulduz futbolçu, bunu “Araponqas”ın qapısından keçirib.

Hesabda 1:0 geri olan “Koritiba”nı 51-ci dəqiqədə Aleksın başla vurduğu qol məğlubiyyətdən xilas edib.

Qeyd edək ki, braziliyalı futbolçu “Koritiba”nın heyətində daha öncə də fərqlənmişdir. “Kolon”la (1:1) matçda künc zərbəsindən topu birbaşa qapıya göndərən Aleksin qolunu oyunun baş hakimi qeydə almamışdır.