Güləşçilərimiz açılış günündə iki medal qazandı
10.02.2013 - 06:55
Güləşçilərimiz açılış günündə iki medal qazandı
Türkiyənin Ankara şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunan sərbəst güləş üzrə 41-ci beynəlxalq turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışda 9 idmançı ilə iştirak edən bahadırlarımızdan artıq ikisi medal qazanıb.

Belə ki, 55 kq çəki dərəcəsində mübarizə aparan Yaşar Əliyev bürünc medala sahib olub. Digər güləşçimiz Cəmaləddin Məhəmmədov da (120 kq) Əliyev kimi üçüncülüklə kifayətlənib.

Qeyd edək ki, turnirə bu gün yekun vurulacaq.