Mais Mənsimov ziyafət verdi: Mən də sizi sevindirərəm
10.02.2013 - 13:10
“Xəzər Lənkəran” klubunun prezidenti Mais Mənsimovun adından Lənkəranda “Palmalife” otelində komanda üçün şam yeməyi təşkil olunub. Apasport.az saytının xəbərinə görə, Mənsimov qış fasiləsindən sonra Lənkərana dönmüş komandanı salamlayaraq, heyətə gələcək çıxışlarında müvəffəqiyyətlər arzulayıb.
Şən mühitdə keçən ziyafət zamanı Mənsimov komandaya gələn yeni futbolçularla tanış olaraq onlara uğurlar diləyib. Klubun rəsmi saytının verdiyi xəbərə görə, prezident yeni oyunçuların “Xəzər Lənkəran”ın qələbələrinə töhfə verəcəklərinə ümidvar olduğunu bildirərək onlara tezliklə öz çıxışları ilə klubun tarixinə adlarını yazdırmağı arzulayıb: "Siz oynayın, qələbələri sıralayın, bizi sevindirin, mən də sizi sevindirərəm".
Öz növbəsində futbolçular da klub prezidentinə “Xəzər Lənkəran”ın uğur qazanması üçün əllərindən gələni edəcəklərini vəd ediblər.
Təntənəli axşamın davamında fiziki hazırlıq üzrə məşqçi Erik Roketa royal arxasına keçərək bəzi klassik və müasir əsərləri ifa edib.

0
0