Bojidar Bandoviç: Qırmızı vərəqə oyunumuza təsir etdi
10.02.2013 - 16:58
“Yeni ildə ilk oyunumuz idi, qələbə qazanmaq istəyirdik. İlk hissədə oyuna nəzarət etsək də, rəqib əks-hücumlarda təhlükəli idi". Apasport.az saytının xəbərinə görə, bunu "Bakı"nın baş məşqçisi Bojidar Bandoviç deyib.
"Zolaqlılar" Topaz Premyer Liqasının XIX turunda öz meydanında "Sumqayıt"la görüşdə vacib 2 xal itirdi. 1:1 hesabı ilə yekunlaşan oyun barədə fikirlərini açıqlayan yunan çalışdırıcının fikrincə, azlıqda qalandan sonra rəqib daha bir neçə epizodda fərqlənə bilərmiş.
"Hesabda geri düşdükdən sonra gözəl qol vurub hesabı bərabərləşdirdik. İkinci hissəyə də yaxşı başladıq. Lakin bəzi epizodlarda ötürmələrdə səhvlər edirdik, topu rəqibə bağışlayırdıq. Qırmızı vərəqə oyunumuza təsir etdi. Rəqib komanda əks-hücumda bir neçə dəfə fərqlənə bilərdi. Qarşıdakı oyunlarda qalib gəlməliyik” - deyə, Bandoviç bildirib.
Qeyd edək ki, "Bakı"nın heyətində Aqil Nəbiyev meydandan qovulmuşdu.

0
0