“Qol epizodlarımız rəqibdən daha çox idi”
10.02.2013 - 17:01
Topaz Premyer Liqasının XIX turunda “Bakı” ilə səfər matçından sonra “Sumqayıt”ın baş məşqçisi Bernhard Raab oyunla bağlı fikirlərini açıqlayıb. apasport.az saytının xəbərinə görə, almaniyalı mütəxəssis 1:1 hesabı ilə başa çatan qarşılaşmadan razı qaldığını bildirib: “Komandam yaxşı oynadı. Qol epizodlarımız rəqibdən daha çox idi. Hesabı açdıqdan sonra əks-hücumlarda ikinci qolu vurmaq üçün də imkanlarımız oldu. Bu imkanlardan yararlana bilmədiyimizə təəssüflənirəm. Müdafiənin səhvindən qapımızda qol gördük. Son 20 dəqiqədə qalib gəlmək üçün risk etdik. Lakin son ötürmələrdə dəqiqlik çatmırdı. Ümumilikdə nəticədən razıyam”.
0
0