Qurbanov meydanı, Məmmədov öz transferlərini təriflədi
10.02.2013 - 17:52
Qurbanov meydanı, Məmmədov öz transferlərini təriflədi
“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının XIX turunda "Qəbələ" ilə oyundan (1:1) sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, Ağdam təmsilçisinin çalışdırıcısı görüşün gərgin keçdiyini söyləyib: “Qəbələ” çempionatın güclü komandalarından biridir. Meydan yaxşı vəziyyətdə idi, azarkeşlər də komandaya yaxşı dəstək oldu. Gərgin və maraqlı oyun oldu”.
“Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədov isə bildirib ki, hər iki komanda gözəl oyun nümayiş etdirib: "Yeni transfer etdiyimiz futbolçular özlərini yaxşı tərəfdən göstərdi. Hər iki komandaya gələcək oyunlarda uğurlar arzulayıram”.