“Dənizlispor” uduzdu, azərbaycanlılar oynamadı
11.02.2013 - 09:11
Türkiyə çempionatının I liqasında XXI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin sabiq futbolçuları Rail Məlikovla Arif İsayevin şərəfini qoruduğu “Dənizlispor” öz meydanında “Tavşanlı Linyitspor”a 0:1 hesabı ilə uduzub.
Bu qarşılaşmada həmyerlilərimizdən heç biri forma geyinməyib. Komandasının əvəzolunmazına çevrilən Railin oynamasına cəzalı durumda olması imkan verməyib.
Qeyd edək ki, 21 turdan sonra 24 xalı olan “Dənizlispor” 18 komanda arasında 13-cü pillədə qərarlaşıb.

0
0