“Böyük Dəbilqə”də fiasko
11.02.2013 - 09:56
“Böyük Dəbilqə”də fiasko
Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışa 5 idmançı ilə qatılan Azərbaycan yığmasının çıxışı uğurlu alınmayıb.

Belə ki, Peter Zayzenbaherin yetirmələrindən Tərlan Kərimovla (66 kq) Rüstəm Alimli (81 kq) ilk, Nicat Şıxəlizadə (66 kq), Şahin Qəhrəmanov və Şəhməd Məhəmmədov ( hər ikisi 90 kq) ikinci görüşlərində uduzublar.

Qeyd edək ki, “Böyük Dəbilqə”də 54 ölkədən 240 cüdoçu mübarizə aparıb.