Berti Foqtsun sabiq komandasından tarixi uğur
11.02.2013 - 10:01
Berti Foqtsun sabiq komandasından tarixi uğur
Afrika Millətlər Kuboku başa çatıb. Apasport.az saytının məlumatına görə, Nigeriya yığması tarixində 3-cü dəfə yarışın qalibi adını qazanıb.

Nigeriya millisi finalda Burkina-Fasoya 1:0 hesabı ilə qalib gəlib.

Bununla, Nigeriya yığmasının baş məşqçisi Stiven Keşi tarixə düşüb. O, 1994-cü ildə futbolçu, indi isə məşqçi kimi turnirin qalibi olub.

Qeyd edək ki, almaniyalı Berti Foqts milli komandamızın baş məşqçi postuna gəlişinə qədər Nigeriya yığmasını çalışdırıb.