“Simurq”un heç-heçəsi şübhəli oyunlar arasına düşdü
11.02.2013 - 11:11
Bolqarıstan futbolunda qalmaqal yaranıb. Apasport.az saytının məlumatına görə, Sofiya MOİK-inin azarkeşləri komanda əleyhinə aksiyaya başlayıblar.
Fanatlar “hərbçilər”in Türkiyə toplanışındakı yoxlama oyunlarının nəticələrindən narazılığını sərt şəkildə ifadə edirlər.
Azarkeşlər birdən-birə 3 yoxlama matçının 3:3 hesabı ilə başa çatmasından hiddətləniblər. Nadir hallarda təsadüf olunan hesabın 5 matçdan 3-də qeydə alınması isə azarkeşlərin nəticələrdən şübhələnməsinə səbəb olub. Ümumiyyətlə isə Antalyada 5 heç-heçə edən komanda digər 2 matçda 1:1 hesabı ilə kifayətlənib.
Bolqarıstanlı futbolsevərlər hələ Polşa “Zaqlebiye”si ilə yoxlama oyunundan sonra da narazılığını nümayiş etdirmişdi. Çünki bunadək artıq 2 görüş 3:3 hesabı ilə başa çatmışdı. Bu görüşlərdən biri Topaz Premyer Liqasının lideri “Simurq”a qarşı olub. MOİK-in digər rəqibi isə Rusiya “Ufa”sı idi.

0
0