Cavid Hüseynov: 5 aylıq maaşımı istəmədim
11.02.2013 - 11:48
“Bakı” yeni transferi, Azərbaycan yığmasının futbolçusu Cavid Hüseynovun apasport.az saytına müsahibəsi
- “Adana Dəmirspor”dan gedişiniz Türkiyədə müzakirə obyektinə çevrilib. Komanda rəhbərliyi heyətə düşməyən futbolçuya artıq pul verməkdənsə, göndərməyə qərar verdiyi iddia olunur...
- Yazılanlarla tanışam. Əslində, bu iddialar məntiqsizdir. Çünki gedişim klubun yox, mənim təşəbbüsümlə olub. “Adana Dəmirspor”a lazım olmasaydım, klub prezidenti məni hələ dekabrda buraxardı. Onunla düz 3 dəfə söhbətim, hətta az qala mübahisəmiz oldu. Ancaq məni komandada saxladılar.
- Bəs bu dəfə istəyinizə necə çatdınız?
- Millinin Dubaydakı toplanışından qayıdandan sonra – fevralın 7-də son söhbətimiz oldu. Dedim ki, əsas heyətdə oynamıram, fikrim qətidir və gedirəm. Hətta Bakıya bilet də almışam, ailəmi də aparıram. Baş məşqçi Mustafa Uğurla söhbətimdə belə vəziyyətdə fikrimi cəmləşdirə bilmədiyimi dedim. Təsəvvür edin ki, futbolçu baş məşqçiyə oynamaq istəmədiyini deyir. Bu zaman oyunçunu saxlamaq onun üçün hörmətsizlik olardı. Gördülər ki, bu dəfə məni fikrimdən döndərə bilməyəcəklər, buraxdılar.
- Məsələnin maddi tərəfi necə həll olundu: Müqaviləniz olduğu halda, sizə transfer vərəqəni necə verdilər?
- 5 aylıq maaşımı istəmədim. Konkret rəqəm açıqlamaq fikrim yoxdu, ancaq normal məbləğ idi. Dedim ki, maaşı istəmirəm, məni sərbəst buraxın.
- “Bakı” ilə əvvəl danışığınız olduğunuzdan, bu komandaya gəldiniz...
- Bəli. Mən hələ yanvarda istirahət vaxtı 1 günlük Bakıya gəlmişdim. Onda “Bakı”nın vitse-prezidenti Zeynal Məmmədovla söhbətimiz olmuşdu. Razılığa gəlmişdik, sadəcə, “Adana Dəmirspor” məni buraxmadığından, onda məsələ həllini tapmadı. Ancaq onda Zeynal müəllim demişdi ki, danışığın müsbət nəticələnəcəyi halda, səni komandaya götürərik. Adanadan qayıdanda “transfer pəncərəsi” bağlanan ərəfə idi və məsələni çatdırmalı idik. Bunu həll edərək, sifariş olundum.
- “Bakı” qış fasiləsindən sonra ilk turda evdə “Sumqayıt”la 1:1 hesablı bərabərliyə qalmaqla, “altılığ”a düşmək şansını bir qədər azaltdı. Bu, sizi ruhdan salmadı?
- Yox. Futbolda belə şeylər olur. “Bakı”ya keçidimə görə peşman deyiləm. Yaxşı komandadır, sadəcə, öz relsinə düşməyi lazımdır. Mübarizəmizi sona kimi davam etdirəcəyik. Avrokuboklara düşmək üçün Azərbaycan kubokunda da şansımız var.
- Yeni komandanıza uyğunlaşmaqda çətinlik çəkməyəcəksiniz?
- Düşünmürəm ki, bu baxımdan problem olacaq. “Bakı”da millidən yaxşı tanıdığım bir sıra futbolçular var. Fikrimcə, komandaya tez uyğunlaşa biləcəyəm.
- Yeri gəlmişkən, hələ “Turan”da komanda yoldaşınız olan yeni transfer Aqil Nəbiyev “Sumqayıt”la oyunda qırmızı vərəqə almaqla, komandanı çətin vəziyyətdə qaldı...
- Yadınızdadırsa, mənim də “Neftçi”yə də keçidim zamanı belə aqibətlə üzləşmişdim. Onda debüt matçım idi, “Qarabağ”la matç idi. Oyunun sonuna yaxın qırmızı vərəqə aldım. Təbii ki, Nəbiyev də komandasını çətin vəziyyətdə qoymaq istəməzdi. Belə götürəndə, meydanda ən çox mübarizə aparanlar biri ilə elə Aqil idi. Fikrimcə, belə vəziyyətdə futbolçuya dəstək olmaq lazımdır.
Mehman SÜLEYMANOV

0
0