“Lokomotiv”in üzvləri Azərbaycanda oynayacaq
11.02.2013 - 11:56
“Lokomotiv”in üzvləri Azərbaycanda oynayacaq
Futzal üzrə Özbəkistan millisinin Bakıya gələcək heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, asiyalılar ölkəmizə gələnədək paytaxt Daşkənddə təlim-məşq toplanışı keçirib.

“Özbəkistan” İdman Kompleksində keçirilən məşqlərdə 19 futzalçı iştirak edib. Ancaq toplanışın sonunda “Maksam-Çirçik”dən Klim Tiqayevlə Şavkat Dekonov, “Lokomotiv”dən Cavlon Anorov və “Bunyodkor”dan Azam Saidaxmatovla Sunnat Kuralov heyətdən çıxarılıb. Beləliklə, Özbəkistan millisi Bakıya aşağıdakı 14 nəfərlə gələcək.

Qapıçılar: Rustam Umarov (Lokomotiv), Oleq Tukmakov (Paxtakor);
Sahə oyunçuları: Nodir Eliboyev, Konstantin Sviridov, Davron Çoriyev, Artur Yusunov (hamısı “Lokomotiv”), Maksud Fayzullayev (Maksam-Çirçik), Şuxrat Tojiboyev, Dilşod İrsaliyev, Oleq Xolmuxamedov, Farxod Abdumavlonov (hamısı “BTA Futzal”), Ğulom Mamajonov (Bunyodkor), Jamoliddin Şaripov, Dilşod Raxmatov (hər ikisi “Ardus”).

Qeyd edək ki, 6-cı dəfə keçiriləcək Bakı Beynəlxalq Futzal Turnirində Özbəkistan yığması Azərbaycan-2 və Belarusla bir qrupda mübarizə aparacaq. Artıq Moldova və Belarus milliləri heyətlərini açıqlayıb.