“Simurq”a gəlmədi, “Sarayevo”ya yollandı
11.02.2013 - 12:23
Bosniya və Herseqovina millisinin futbolçusu Məhəmməd Cakmiç karyerasını Azərbaycanda davam etdirə bilərmiş. Apasport.az saytının məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi qış fasiləsində “Simurq”un maraq dairəsinə düşübmüş.
Hətta tərəflər arasında danışıqlar son mərhələyədək davam edib. Lakin son anda transfer baş tutmayıb.
Son 3 ildə Cənubi Koreyanın “Qanqvon” klubunda çıxış edən Cakmiç məcburiyyətdən vətəninə qayıtmalı olub. Orta sahə oyunçusu “Sarayevo” ilə anlaşıb.
Qeyd edək ki, Cakmiç milli komandada 1 oyun keçirib.

0
0