Rail Məlikov: Saqqal saxlamağım jurnalistlərin ideyasıdı
11.02.2013 - 12:41
“Mənə kəsilən 3 oyunluq cəzanın artıq biri arxada qalıb. Təəssüf ki, cəza üzündən buraxdığım “Tavşanlı Linyitspor”la matçda komandam uduzdu”. Bunu apasport.az saytına açıqlamasında “Dənizlispor”un müdafiəçisi Rail Məlikov deyib.
Dünən Dənizlidə baş tutan matçda meydan sahibləri autsayderlərdən olan “Tavşanlı Linyitspor”a minimal hesabla (0:1) yenilib. Rail Məlikov isə fevralın 16-dakı “Göztəpə” və 24-dəki “Samsunspor”la matçı da buraxmalıdır.
Ancaq Railin Samsun klubuna qarşı oynamaq imkanı var. Belə ki, artıq onun klubu Türkiyə Futbol Federasiyasına Apellyasiya şikayəti ünvanlayıb: “Artıq hüquqşünaslarımız lazımi sənədləri müvafiq orqanlara təqdim edib. Klub cəzanın sayının 2-yə endirilməsini istəyir. Ayın 14-dək müraciətimizin təmin olunub-olunmadığı bilinəcək. O ki qaldı mənə kəsilən 5 min TL cəzaya, bildiyimə görə, bunu klub ödəməlidir. Mənə bu haqda bir söz deyilməyib”.
Yeri gəlmişkən, Rail “Dənizlispor”un məşqlərdən qoyduğu fotolarda yeni imicdə görünür. Təcrübəli futbolçu buna da aydınlıq gətirdi: “Qısa saqqal saxlamağım Dənizlidə çıxan jurnal əməkdaşlarının ideyasıdır. Onlar jurnal üçün fotosessiya hazırlayırdılar. Bu üzdən belə bir imic saxlamalı oldum. Ancaq əmin olun ki, Bakıya qayıdanda bu imici görməyəcəksiz”.
Səbuhi TOFİQOĞLU

0
0