“Simurq” bosniyalı futbolçu ilə güclənə bilər
11.02.2013 - 16:14
“Simurq” bosniyalı futbolçu ilə güclənə bilər
Qış transfer dönəmində Bəxtiyar Soltanovu “Qarabağ”dan icarəyə götürən, xorvatiyalı Tomislav Buşiçi heyətinə qatan “Simurq” daha bir futbolçu ilə müqavilə bağlaya bilər. Apasport.az saytının məlumatına görə, bu, bosniyalı yarımmüdafiəçi Nenad Kisodur.

Komandanın Antalyadakı toplanışındakı məşqlərdə, yoxlama oyunlarında çıxışı baş məşqçi Georgi Çixradze tərəfindən bəyənilsə də, nədənsə “Simurq” hələ Kiso ilə müqavilə bağlamayıb. Əldə etdiyimiz məlumata görə, futbolçu hələ Zaqatala klubunun düşərgəsindədir. Şənbə günü paytaxtda AZAL-la matçı izləyən 23 yaşlı futbolçunun məsələsinin yubanmasını ancaq müqavilə detallarında hər iki tərəfin razılığa gələ bilməməsi ilə əlaqələndirmək olar.