Topaz Premyer Liqasında yeni rekord
11.02.2013 - 16:32
Topaz Premyer Liqasında yeni rekord
Topaz Premyer Liqasının XIX turu mövsümün yeni rekordu ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “İnter”lə qarşılaşmada meydana çıxan “Xəzər Lənkəran”ın üzvü Elnur Cəfərov 2012/13 mövsümünün ən gənc futbolçusu kimi tarixə düşüb.

1997-ci il martın 28-də anadan olan yarımmüdafiəçi 16 yaşı tamam olmamış meydana çıxıb. Belə ki, bugünkü qarşılaşmada 15 yaş 320 günlüyündə olub.

Elnur mövsümün rekordunu “Turan”lı Budaq Nəsirovdan alıb. Belə ki, hələ ötən il avqustun 4-də baş tutan ilk turun matçında meydana çıxanda 16 yaşını arxada qoymuşdu.

1996-cı il iyulun 15-də anadan olan Budaq 16 yaş 20 günlüyündə idi. Bu isə o deməkdir ki, Elnur mövsümün rekordunu 65 gün üstələyib.