Elçin Məmmədov yığmanın oyununa təyinat aldı
11.02.2013 - 17:58
Elçin Məmmədov yığmanın oyununa təyinat aldı
VI Bakı Beynəlxalq Futzal Turnirinin ilk oyun günü keçiriləcək qarşılaşmalara hakimlərin təyinatı açıqlanıb. Apasport.az saytının məlumatına görə, yarışın ilk matçında Elçin Məmmədov fit çalacaq. Günün digər matçında da yerli referi Elçin Səmədli ədaləti qoruyacaq. Onların hər ikisi Azərbaycan yığmalarının oyunlarında iş başında olacaq.

12 fevral (çərşənbə axşamı)
16:30. Özbəkistan - Azərbaycan-2
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Ramiz Məhərrəmov

18:30. Azərbaycan – Latviya
Hakimlər: Elçin Səmədli, Yusif Nurullayev, Azad Ə. Hüseynov

Mənbə: affa.az