Böyük oyunlar başlayır: İlk dəfə “Mançester Yunayted”ə qarşı
12.02.2013 - 00:01
UEFA Çempionlar Liqasında (ÇL) 2 aylıq həsrət başa çatır. Apasport.az saytının məlumatına görə, bu axşam Avropanın ən nüfuzlu klub turnirində həlledici oyunlara start veriləcək. 1/8 final mərhələsinin ilk görüşləri 2 həftəyə bölündüyündən, matçların yarısı bu gün və sabah olacaq.
Bu həftənin qarşılaşmalardan ikisi İspaniya təmsilçilərinin iştirakı ilə baş tutacaq. Sözsüz ki, “Real” – “Mançester Yunayted” matçı bu mərhələnin mərkəzi oyunlarından sayılır. Burada əsas prinsipial məqam Madrid klubunun portuqaliyalı üzvləri ilə bağlıdır. Belə ki, “Real”ın bombardiri Kriştianu Ronaldo ilk dəfə keçmiş komandasına qarşı oynayacaq. 2009-cu ildə “Real” Mançester təmsilçisindən 83 milyon funt sterlinqə aldığı Ronaldonu dünyanın ən bahalı futbolçusu edib.
Madridlilərin baş məşqçisi Joze Mourinyo isə hələ “Çelsi”ni çalışdırdığı vaxtdan “Mançester Yunayted”in əzəli rəqiblərindən olub. Londonlular məhz onun vaxtda 2 il dalbadal – 2005-ci və 2006-cı illərdə 1-ci olmaqla, həm uzun müddətlik çempionluq həsrətinə son qoydu, həm də mançesterlilərdən üstün oldu. İndi Mourinyo üçün son şans məhz ÇL-dir. Çünki komanda 1-ci yerdə gedən “Barselona”dan böyük xal fərqi ilə geridə olduğundan, çempionluq şansını çoxdan itirib. Ölkə kubokunda isə həmin “Barsa” ilə yolları kəsişən “Real” evdə 1:1 hesablı bərabərliyə qaldığından, finala çıxmaq işini çətinləşdirib.
“Valensiya” da madridlilər kimi qrupda 2-ci olduğundan, ilk oyunu evdə keçirmək məcburiyyətindədir. Ondan fərqli, PSJ-nin ÇL-nin bu mərhələsində böyük təcrübəsi yoxdur.
Uzun fasilədən sonra turniri qazanmaq iddiasında olan “Yuventus” Britaniya səddini adlamalıdır. Turinlilər “Seltik”lə matçda aşkar favorit olsalar da, səfərdə keçirəcəkləri ilk oyundan çox şey asılıdır. Çünki şotlandiyalılar qrupda “Barselona” kimi güclü komandanı evdə yenməyi bacarıblar.
ÇL-nin son qalibi olan “Çelsi”ni qrupda saxlayan “Şaxtyor” bu dəfə Almaniyada son 2 mövsümdə çempionluq qazanan “Borussiya”nı sınağa çəkəcək. Dortmundlular “Real”, “Mançester Siti” və “Ayaks”ın qrupunda qalib olsa da, çempionatda cari mövsümdə işləri yaxşı getmir. “Borussiya”nın bu dəfə titulunu qoruyacağı inandırıcı görünmədiyindən, bütün diqqətini Avropada uğur qazanmağa yönəldib.
12 fevral
“Valensiya” (İspaniya) – PSJ (Fransa)
“Seltik” (Şotlandiya) – “Yuventus” (İtaliya)
13 fevral
“Real” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)
“Şaxtyor” (Ukrayna) – “Borussiya” (Dortmund, Almaniya)
Qeyd edək ki, bütün oyunlar Bakı vaxtilə saat 23:45-də başlayacaq.

0
0