Andre Santos ölkəsinə qayıtdı
11.02.2013 - 20:54
“Arsenal”ın müdafiəçisi Andre Santos komandasından ayrılıb. Apasport.az saytının məlumatına görə, 29 yaşlı futbolçu vətəni Braziliyaya qayıdıb. O, mövsümün sonuna qədər “Qremio”nun heyətində icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, 2011-ci ildən “topçular”a “Fənərbaxça”dan transfer olunan Santos London klubunda 36 matçda forma geyinib və 4 qola imza atıb.
Qeyd edək ki, 2011-ci ildən “topçular”a “Fənərbaxça”dan transfer olunan Santos London klubunda 36 matçda forma geyinib və 4 qola imza atıb.
0
0