Pinto “Barselona” ilə müqaviləsinin müddətini uzatdı
11.02.2013 - 22:00
Pinto “Barselona” ilə müqaviləsinin müddətini uzatdı
İspaniya La Liqasına 62 xalla başçılıq edən “Barselona” qapıçısı Xose Manuel Pinto ilə yollarına davam edəcək. Apasport.az saytının məlumatına görə, 37 yaşlı qolkiper bu gün Kataloniya klubu ilə müqaviləsinin müddətini 1.6 illik uzadıb.

Qeyd edək ki, 2008-ci ildən “Barselona”da çıxış edən Pinto cari mövsümdə 5 matçda forma geyinib və qapısından 5 qol buraxıb.