“Rəqibi əks-hücumlarda yaxalamalıyıq”
11.02.2013 - 23:16
“Mançester Yunayted” çox güclü komandadır. Bu kollektiv hər il Çempionlar Liqasının pley-offunda mübarizə aparır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Real”ın hücumçusu Qonsalo İquain deyib. O, Çempionlar Liqasının 1/8 final mərhələsində ingilis klubu ilə qarşılaşmadan öncə “Sky Sports”a maraqlı açıqlama verib.
Argentinalı forvard rəqibi əks-hücumlarda yaxalayacaqlarını vurğulayıb: “Amma buna baxmayaraq biz onlara bir çox problemlər yaratmaqda bacarıqlıyıq. Biz bu matçda fərdi bacarığımızdan istifadə edib, rəqibi əks-hücumlarda yaxalamalıyıq. Hərçənd müdafiəni də unutmaq olmaz. Biz hazırda qələbəyə köklənmişik”.
Qeyd edək ki, “Real” - “Mançester Yunayted” qarşılaşması fevralın 13-də keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

0
0