“El Klassiko”nun vaxtı müəyyənləşdi
12.02.2013 - 01:51
“El Klassiko”nun vaxtı müəyyənləşdi
İspaniya La Liqasında “El Klassiko”nun vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, əzəli rəqiblər “Real”la “Barselona” arasında keçirilən matç martın 1-də baş tutacaq.

Qarşılaşma isə Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, Madrid təmsilçisinin rəhbərliyi oyunun cümə günü keçirilməsini istəyib. Onlar buna səbəb olaraq isə “Real”ın martın 5-də Çempionlar Liqasının 1/8 final mərhələsində “Mançester Yunayted”lə səfər matçında qarşılaşmasını əsas gətirib. Lakin İspaniya Futbol Federasiyası (İFF) madridlilərin istəyininə rədd cavabı verib.