“Liverpul” yerli azarkeşlərini məyus etdi
12.02.2013 - 02:11
“Liverpul” yerli azarkeşlərini məyus etdi
İngiltərə Premyer Liqasında 26-cı turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, sonuncu matç günündə bir qarşılaşma baş tutub.

“Liverpul” evində “Vest Bromviç”lə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma qonaqların qələbəsi ilə nəticələnin. Fasiləyə qədər hesabı aça bilməyən “Vest Bromviç”, ikinci yarının sonlarında meydan sahiblərini iki dəfə mərkəzdən başlamağa məcbur edib – 0:2.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının 26-cı turunun oyunlarından sonra 65 xalla “Mançester Yunayted” turnir cədvəlində liderliyini davam etdirir. Əzəli rəqibindən 12 xal geri olan “Mançester Siti” isə 2-ci pillədə qərarlaşıb.


İngiltərə Premyer Liqası

26-cı tur

9 fevral

“Tottenhem” – “Nyukasl” – 2:1
Beyl, 5; 78 – Qufran, 24

“Çelsi” – “Viqan” – 4:1
Ramires, 23, Hazard, 56, Lempard, 87, Marin, 90 – Maloney, 58

“Norviç” – “Fulhem” – 0:0

“Stok Siti” – “Ridinq” – 2:1
Hut, 67, Jerom, 81 – Mariappa, 83

“Sanderlend” – “Arsenal” – 0:1
Kasorla, 36

“Suonsi” – KPR – 4:1
Miku, 8; 67, Rangel, 18, Ernandes, 50 – Zamora, 48

“Sauthemton” – “Mançester Siti” – 3:1
Punçeon, 7, Deyvis, 22, Berri, 48-öz qapısına – Dzeko, 39.

10 fevral

“Aston Villa” – “Vest Hem” 2:1
Benteke, 74-pen, N`Zoqbiya, 79 - Vestvud, 88-avtoqol

“Mançester Yunayted” – “Everton” 2:0
Giqqz, 13, Van Persi, 45

11 fevral

“Liverpul” – “Vest Bromviç” 0:2
Makaulei, 86, Lukaku, 90