Şevçenkoya İndoneziya klubundan təklif gəldi
12.02.2013 - 04:08
Futbolla vidalaşan Ukrayna milli komandasının veteran hücumçusu Andrey Şevçenkoya maraqlı bir təklif gəlib. Apasport.az saytının məlumatına görə, “Milan” və “Çelsi” kimi məşhur klubların formasını geyinən 36 yaşlı oyunçuya İndoneziyanın “Mitra Kukar” komandası heyətində çıxış etmək üçün 10 oyunluq təklif göndərib.
Bu təklifi klubun meneceri Roni Fauzan edib. O, bu xəbərin doğru olduğunu bildirib: “Şevçenko ilə maraqlanmağımız dəqiqdir. Lakin onunla danışıqlarımız hələ davam edir. Andrey “Mitra Kukar”a transferi olunması ilə bağlı düşünmək istədiyini ifadə etdi. Ancaq onun bizim komandamızda nə qədər oynayacağını bilmirik. Biz Şevçenkonu 10 matç üçün dəvət etməyi düşünürük. Amma o, beş qarşılaşmadan çox oynamaq istəmir”.
Qeyd edək ki, Şevçenko “Mitra Kukar”la razılaşdığı təqdirdə, hər oyuna görə 103 min dollar əmək haqqı alacaq.

0
0