“Yenidən futbol oynamaq həqiqətən də çətindir”
12.02.2013 - 07:23
Sonuncu dəfə ötən ilin may ayının 2-də “Parma”ya qarşı forma geyən və İtaliya A seriyasının 24-cü turunda “Kyevo” matçı ilə yenidən meydana qayıdan Deyan Stankoviç bununla bağlı açıqla verib. Apasport.az saytının məlumatına görə, 9 aydır futboldan uzaq qalan 34 yaşlı oyunçu xoşbəxt olduğunu ifadə edib.
O, artıq komanda yoldaşlarına kömək edə biləcəyini vurğulayıb: “Mənim yaşımda bu zədə ilə üzləşmək və iki cərrahiyə əməliyyat keçirdikdən sonra yenidən futbol oynamaq həqiqətən də çətindir. Bu gün meydana çıxa bildiyim üçün çox xoşbəxtəm. “İnter”in həkimlərinə və ailəmə təşəkkür edirəm. Onlar olmadan buna nail ola bilməzdim. Futbolsuz keçən günlər mənə kabus kimi idi. Artıq komanda yoldaşlarıma kömək edə biləcək vəziyyətdəyəm. Azarkeşlərimizə də təşəkkür edirəm, sanki özümü ikinci dəfə futbola başlayıram kimi hiss etdim”.

0
0