Kristian Eriksen “Ayaks”ın yeni təklifini rədd etdi
12.02.2013 - 07:43
Kristian Eriksen “Ayaks”ın yeni təklifini rədd etdi
16 yaşından bu yana “Ayaks”ın forması geyən Kristian Eriksen 2014-cü ilin yayında başa çatacaq olan müqaviləsini uzatmaq istəyən Hollandiya təmsilçisinin təklifini rədd edib. Apasport.az saytının məlumatına görə, klubun direktoru Mark Overmars bu xəbərin doğru olduğunu təsdiqləyib.

O, Erikseni daha iki mövsüm də komandada saxlamaq istədiklərini vurğulayıb: “Kristian bizə müqaviləsini uzatmaq istəmədiyini söylədi. Məncə özü və meneceri yayda onlara təqdim ediləcək fürsətləri görmək fikrindədirlər. Biz onu ən az iki mövsüm daha “Ayaks”da qalmasını istəyirdik”.

Qeyd edək ki, Hollandiya mətbuatı “Liverpul”un Kristianla maraqlandığını və ona rəsmi təklif göndərdiyini iddia edir.