“Böyük oyun”u kölgədə qoyan matç
12.02.2013 - 09:17
Topaz Premyer Liqasının 2012/13 mövsümünün yeni rekordu qeydə alnıb. Apasport.az saytının məlumatına görə, XIX turun “Xəzər Lənkəran” – “İnter” (2:3) oyununu 11000 azarkeş izləyib. Bu isə tamaşaçı sayında cari çempionatın ən yüksək göstəricisidir.
Lənkəran şəhər stadionunda qeydə alınan bu rekorda qədər də ən yüksək göstərici eyni arenada baş tutan matça təsadüf etmişdi. Bu, XVII turda keçirilən “Xəzər Lənkəran” – “Neftçi” matçında qeydə alınmışdı. Ötən il dekabrın 14-də baş tutmuş “Böyük oyun”u 9500 tamaşaçı izləmişdi.

0
0