Millimizə 3 qol vuran futbolçunun böyrəyindən daş çıxarılacaq
12.02.2013 - 09:27
“Barselona”nın və İspaniya yığmasının futbolçusu David Vilya xəstəxanaya yerləşdirilib. Apasport.az saytının məlumatına görə, təcrübəli hücumçunun böyrəyində daş tapılıb. Bunun aradan qaldırılması üçün bir neçə saatdan sonra əməliyyat olacaq. Futbolçu bu səbəbdən “Qaranada” ilə qarşıdakı turun oyununu buraxmalıdır.
Vilya cari mövsüm keçirdiyi 25 oyunda 11 qol vurub. O, daha çox sonradan meydana çıxaraq fərqlənib. Artıq əsas heyətdə yer almayan David son dəfə komandası hesabat turunda “Hetafe”yə 6:1 hesabı ilə qalib gələndə qol vurub.
Qeyd edək ki, Viya yığmasının heyətində 2009-cu ilin iyununda millimizə Bakıda 6:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündə 3 qol vurub.

0
0