Hacıyevlə Sadıqov üçün yubileylər
12.02.2013 - 09:55
Hacıyevlə Sadıqov üçün yubileylər
Topaz Premyer Liqasının XIX turunda bir sıra yubileylər qeydə alınıb. Apasport.az saytının məlumatına görə, 2013-cü ilin ilk rəsmi matçı “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev üçün əlamətdar olub. Təcrübəli mütəxəssis “Kəpəz”lə oyunda komandasını 50-ci çempionat matçına çıxarıb. Bakılılar bunda 30-cu qələbəsini qazanıb. Hacıyevin rəhbərliyi altında 5 heç-heçə edən “ağ-qaralar” 15 dəfə uduzub. Bu matçlardakı top fərqi 93:51-dir.

mövsüm
O
Q
H
M
T-F
X
2011/12
32
20
3
9
55-30
63
2012/13
18
10
2
6
38-21
32
Cəmi
50
30
5
15
93-51
95


AZAL-ın baş məşqçisi Vaqif Sadıqov isə paytaxt təmsilçisini 25-ci dəfə meydana çıxarıb. Komanda SAdıqovun rəhbərliyi altında 24 çempionat və 1 kubok matçında 7 qələbə qazanıb və eyni sayda məğlubiyyət acısı yaşayıb. Digər 11 oyun isə heç-heçə ilə başa çatıb.

“Rəvan” Topaz Premyer Liqasında uğursuz oyunlar seriyasına son qoyub. Ötən il noyabrın 19-da AZAL-ı 1:0 hesabı ilə məğlub etdikdən sonra ardıcıl 5 məğlubiyyət alan bakılılar 82 gündən sonra 3 xal qazanıb. “Turan” üzərində 2:0 hesablı qələbə qazanan paytaxt təmsilçisinin başa çatan məğlubiyyət seriyası klub tarixinin antirekordu olub. Son turdakı qələbə həm də bakılıların Premyer Liqada 15-ci qələbəsi olub.


Mövsüm, turnir
O
Q
H
M
T-F
X
2011/12, çempionat
6
2
3
1
5-3
9
2012/13, çempionat
18
5
8
5
22-20
23
2012/13, kubok
1
0
0
1
0-1
0
Cəmi, çempionat
24
7
11
6
27-23
32
Cəmi
25
7
11
7
27-24
32