MOİK rəsmisi “Simurq”la oyundan şübhələnib
12.02.2013 - 11:11
MOİK rəsmisi “Simurq”la oyundan şübhələnib
“Simurq”, “Ufa” və “Zaqlebiye” ilə oyunların hər üçünün 3:3 hesabı ilə başa çatması məndə də narahatçılıq yaratdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bolqarıstan MOİK-inin baş direktoru Georgi İliyev deyib.

O, rəhbərliyində yer aldığı klubun Türkiyə toplanışında keçirdiyi 5 oyunu heç-heçə etməsi və bu matçların üçünün 3:3 hesabının qeydə alınması ilə bağlı yaranan söz-söhbətə münasibət bildirib.

İliyev deyib ki, Azərbaycan “Simurq”u, Polşa “Zaqlebiye”si və Rusiya “Ufa”sı ilə matçların nəticələrindən özü də şübhələnibmiş: “Baş məşqçi Miodraq Yeşiçlə söhbət etdim. O isə bunu hər matçda apardığı eksperimentlərlə bağladı və bildirdi ki, komanda qurmaq üzərində işləyir. Bütün bunlara görə də heç nəticəni düşünməyiblər. Məncə, çətin ki orada nə isə başqa şey olub”.

Qeyd edək ki, MOİK azarkeşləri oyunların nəticələrinin şübhəli olması iddiası ilə aksiya keçirmişdi.