“Turan” – “Bakı” oyunu “Dalğa Arena”da keçiriləcək
12.02.2013 - 12:07
“Turan”la “Bakı” arasında XVI turdan təxirə salınan oyunun yeri və başlanma saatı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, sabah saat 15:00-da başlayacaq matç “Dalğa Arena”da keçiriləcək. Tovuz stadionunda yenidənqurma işləri ilə əlaqədar meydan sahiblərini rəqiblərini bir müddət paytaxtda qəbul etməli olacaq.
Oyunu idarə edəcək hakimlər də artıq müəyyənləşib. Belə ki, “Turan” - “Bakı” matçına Elvin Əsgərovun başçılıq etdiyi briqada təyinat alıb. Ora yan xətt hakimləri Rahil Ramazanov, İsgəndər Əliyev, ehtiyat hakim Namiq Bəkirov daxildir.
Mənbə: pfl.az

0
0