PSJ və “Yuventus” səfərdən qalib ayrıldı – YENİLƏNİB
13.02.2013 - 01:38
PSJ və “Yuventus” səfərdən qalib ayrıldı – YENİLƏNİB
Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, azarkeşlərin diqqəti öncə İspaniya və Şotlandiyaya yönəlib.

Ardıcıl 2 il (2000, 2001) ÇL-nin finalında oynamış “Valensiya” bu turnirdə təcrübəsi az olan PSJ ilə qarşılaşıb.

Düzdür, parislilər 1996-cı ildə Kuboklar Kubokunu qazanıb. Ancaq bu, komandanın Avropada yeganə uğurudur və özü də həmin turnir artıq çoxdandır keçirilmir. Hazırda güclü maliyyə imkanlarına malik olan, bir sıra ulduzları heyətində cəlb edən PSJ çox iddialı idi. Üstəlik, italiyalı baş məşqçisi Karlo Ançelotti “Milan”la ÇL-nin qalibi olub. “Valensiya” isə turnir təcrübəsi hesabına daha çox irəliləməyə ümid edirdi.

Lakin ilk oyunda Paris klubu buna imkan verməyib. PSJ rəqibini səfərdə 2:1 hesabı ilə məğlub edərək cavab qarşılaşması öncəsi böyük üstünlük əldə edib.

Bu iştirakçılardan yalnız “Yuventus” turnirin qalibi olub. Turinliləri Böyük Britaniyada heç də asan olmayan sınaq gözləyirdi. “Seltik” evdə azarkeşlərinin güclü dəstəyi və inamlı oyunu sayəsində qələbəyə bel bağlayacaqdır. Şotlandiyalılar buna nail olacağı halda, növbəti mərhələyə çıxmaq şansını saxlayacaqdır.

Amma İtaliya təmsilçisi onların arzularını gözündə qoyub. Belə ki, “Yuventus” meydan sahiblərini doğma publika önündə darmadağın edib – 0:3.

Beləliklə, baş məşqçi Antonio Kontenin komandası cavab qarşılaşması öncəsi evində, rəqibi qarşısına rahat çıxacaq.

12 fevral
“Valensiya” (İspaniya) – PSJ (Fransa) - 1:2
Qollar: Rami, 90 - Lavezzi, 10, Pastore, 43

“Seltik” (Şotlandiya) – “Yuventus” (İtaliya) - 0:3
Qollar: Matri, 3, Marçisio, 77, Vuçiniç, 83