“Simurq” da ilk “altılıq”da!
12.02.2013 - 12:12
Topaz Premyer Liqasının XIX turunun “Xəzər Lənkəran” – “İnter” matçı (2:3) 2 komandanın ilk “altılıq”da yerini təmin etməsilə nəticələnib. Apasport.az saytının məlumatına görə, səfərdə qələbə qazanan paytaxt təmsilçisi son 3 turun nəticələrindən asılı olmayaraq, ilk 6 pillədən birini təmin edib. “Bankirlər”in ilk mərhələni ən pis halda beşinci yerdə bitirəcəyi də dəqiqləşib.
“İnter”in qələbəsi fonunda daha bir komandanın “altılığ”a yüksəlməsi diqqətdən kənarda qalıb. Lakin hesablamalar göstərir ki, turnir cədvəlinin ikincisi “Simurq” da buna nail olub. Zaqatala təmsilçisi sona 3 tur qalmış ilk “altılıq”da yerini təmin edib.
Düzdür, 7-ci olan AZAL 1 oyun az keçirdiyindən “Simurq”a çata bilər. 23 xalı olan “təyyarəçilər”i Zaqatala təmsilçisindən 11 xal ayırır. Lakin “Simurq” 6-cı olan “Xəzər Lənkəran” üçün əlçatmazdır. 3 oyunu qalan “ağ-yaşıllar” “Simurq”dan 10 xal geri olduğu üçün AZAL və ya “Xəzər Lənkəran”dan yalnız biri zaqatalalıları keçə bilər.

0
0