“Neftçi”dən danışıb, “Tobol”u təriflədi
12.02.2013 - 12:55
“Neftçi”dən danışıb, “Tobol”u təriflədi
“Türkiyə toplanışını uğurlu alındı. Azərbaycan, Qazaxıstan və Rumıniyadan olan klublarla qarşılaşdıq. Bu sınaqlar bizim üçün yaxşı nəticələndi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rumıniyanın “Timişoara” klubunun futbolçusu Kristian Boldea deyib.

28 yaşlı sol cinah yarımmüdafiəçisi Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı haqda fikirlərini açıqlayıb. Azərbaycan təmsilçiləri “Neftçi” və “Xəzər Lənkəran”a müvafiq olaraq, 2:0 və 2:1 hesabı ilə qalib gələn klubun üzvü bakılıların Avropa Liqasının qrupunda oynamasını da xatırladıb.

Lakin Kristian “Neftçi”ni deyil, Qazaxıstan təmsilçisi “Tobol”u daha çox bəyənib: “Antalyada güclü, heyətində yaxşı futbolçular olan klublarla qarşılaşdıq. Onların arasında ötən payız Avropa Liqasının qrupunda oynamışı da var idi. Lakin bizə ən çox problem yaradan “Tobol” oldu. Qazaxıstan təmsilçisi Rumıniya çempionatında da ilk yerlər uğrunda mübarizə aparardı”.