Ramin Musayevin əmri
12.02.2013 - 13:06
Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev “Turan” klubu ilə bağlı əmr imzalayıb. Apasport.az saytının məlumatına görə, bu, tovuzluların əsas və əvəzedici komandasının ev oyunlarının məkanı ilə bağlıdır.
Belə ki, Tovuz şəhər stadionunda əsaslı təmir işlərinin aparılması və ot örtüyünün yenilənməsi ilə əlaqədar olaraq və klubun PFL-ə müraciəti nəzərə alınaraq, Musayevin əmrinə əsasən “Turan”ın əsas heyəti ev oyunlarını “Dalğa Arena”, əvəzedici komanda isə Tovuz Olimpiya İdman Kompleksinin stadionunda keçirəcək.
Mənbə: pfl.az

0
0