Elhad Nəziri Rumıniya klubuna qarşı
12.02.2013 - 13:13
Elhad Nəziri Rumıniya klubuna qarşı
Milli komandamızın üzvü Elhad Nəzirinin çıxış etdiyi “Milsami”nin daha bir yoxlama oyunundakı rəqibi məlum olub. Apasport.az saytının məlumatına görə, bu, Rumıniyanın aşağı dəstə klubu olan “Breila”dır.

Belə ki, Breila klubu bugündən Moldovada təlim-məşq toplanışına başlayıb. “Zimbru”nun bazasında hazırlaşan rumınlar toplanış müddətində meydan sahibləri ilə yanaşı, “Olimpiya”, “Milsami” və “Tiraspol”la yoxlama oyunu keçirəcək. Elhadın komandası ilə oyun fevralın 20-nə nəzərdə tutulub.

Qeyd edək ki, “Milsami” artıq yanvarın 23-dən etibarən Moldova və Türkiyədə 8 yoxlama oyunu keçirib ki, bunların arasında “Qəbələ” ilə matç (2:2) da var. Orhey klubu bu gün Bolqarıstanda 9-cu sırada qərarlaşmış “Slaviya” ilə gücünü sınayacaq.