AFFA və UEFA Bişkekdə birgə layihə keçirir
12.02.2013 - 15:05
AFFA və UEFA Bişkekdə birgə layihə keçirir
Qırğızıstanın paytaxtı Bişkekdə AFFA və UEFA-nın birgə layihəsi keçirilir. Apasport.az saytının məlumatına görə, Tacikistan, Türkmənistan, Özbəkistan və Qırğızıstan futbol federasiyalarının nümayəndələrinin də qatıldığı tədbirdə AFFA-nı qurumun baş katibi Elxan Məmmədov təmsil edir.

Digər assosiasiyaların da baş katiblərinin qatıldığı tədbirin ilk günündə AFFA ilə UEFA-nın uşaq-gənclər futbolunun kütləviləşdirilməsinə həsr olunan birgə layihə təqdim olunub. Sabah isə tədbir iştirakçılarına AFFA-nın Azərbaycanda uşaq-gənclər futbolunun inkişafı və kütləviləşdirilməsi təqdim olunacaq. Bu təqdimatı baş katiblərlə yanaşı, assosiasiya əməkdaşları da izləyəcək.

Tədbirdə UEFA rəsmiləri də iştirak edir. Qurumun prezident ofisinin müşaviri Paskal Torres, tədris layihələri üzrə müşavir Andre Boder və texniki təlimatçı Robin Rassel də seminara dəvətlilər arasındadır.