“Qarabağ”da oynaya bilməsəm, deməli, deyilənlər həqiqətdir”
12.02.2013 - 14:50
“Qəbələ”yə qarşı görüşdə meydana çıxmamağımın səbəbi vardı. Çünki bir gün əvvəl əvəzedici komandada oynamışdım. İlk yarıdan sonra əvəzləndim”. Bunu apasport.az saytına “Qarabağ”ın yeni futbolçusu Elvin Musazadə deyib.
Qış fasiləsində “Qarabağ”ın ilk transferi olan Musazadə “Rəvan”da ehtiyatda qaldığından, komandasını dəyişməli oldu. Ancaq baş məşqçi Qurban Qurbanovun bu transferi heç də birmənalı qarşılanmadı. PFL prezidenti Ramin Musayevin oğlu olması Elvinin transferi ətrafında kifayət qədər söz-söhbət yaratdı.
Elə son turda “Qəbələ” ilə görüşdə adının “18-liy”ə salınmamağı Musazadənin “Qarabağ” səviyyəsində futbolçu olmadığını, bu keçidin xahiş-minnətlə edildiyini göstərir. Ancaq futbolçu bu fikri yaxına qoymur: “Oyundan əvvəl soyuqlamışdım. Boğazım ağrıyırdı. Bu üzdən Antalyada hazırlıq keçdiyim əsas komandanın rəsmi görüşündə debüt edə bilmədim. Bununla belə, oyun praktikasından məhrum olmamaq üçün əvəzedici komandanın baş məşqçisindən məni oynatmağı xahiş etdim. Çünki özüm oynamaq istəyirdim. O ki qaldı atama görə bu kluba transfer olunmağıma, bu haqda çox eşitmişəm. Əgər mövsümün sonuna kimi əsas komandada oynaya bilməsəm, deməli, deyilən sözlərdə həqiqət var. Əksi baş verərsə, onda belə çıxacaq ki, bunlar hamısı boş sözlər imiş”.
Yeri gəlmişkən, Musazadə “Qəbələ” ilə oyun haqda da fikirlərini çatdırdı: “Bu oyuna televizordan baxdım. Çünki əvəzedici komanda ilə birgə Bakıya qayıtmışdım. Məncə, komandamız pis təsir bağışlamadı. Qələbə üçün bəxt amili çatışmadı. Yorğunluğu da hardasa qeyd etmək olar. Ancaq deyərdim ki, toplanış vaxtı biz daha hazırlıqlı idik”.
Səbuhi TOFİQOĞLU

0
0