“Simurq”un müraciəti əsassız sayıldı
12.02.2013 - 15:31
“Simurq”un müraciəti əsassız sayıldı
AFFA “Simurq”un rəsmi müraciətini əsassız sayıb. Apasport.az saytının məlumatına görə, Zaqatala təmsilçisi Topaz Premyer Liqasında 2012-ci ilin dekabrın 20-də keçirilən “Rəvan”la ev oyununda öz futbolçularının aldığı sarı vərəqələrin ləğvi ilə bağlı İntizam Komitəsinə müraciət edib. Ancaq bu, İntizam Məcəlləsinə uyğun olaraq əsaslı hesab edilməyib.

Belə ki, artıq neçə illərdir mövcud olan qaydaya görə, oyunun nəticəsi ləğv olunsa belə, futbolçulara göstərilən vərəqələr qüvvədə qalır.

Qeyd edək ki, Zaqatalada meydan sahiblərin 1:0 hesabı ilə qalib gəldiyi oyunun nəticəsi qonaqların legioner limitini pozduğuna görə ləğv olunub. Nəticədə “Rəvan”a 0:3 hesablı texniki məğlubiyyət verilib.