“Debütdə qol vuracağıma inanırdım”
12.02.2013 - 16:09
“Xəzər Lənkəran”ın və Azərbaycan millisinin futbolçusu Uğur Pamukun apasport.az saytına müsahibəsi
- Yeni komandanızda rəsmi debüt etdiyiniz “İnter”lə matç haqda nə deyərdiniz?
- Meydana yalnız qələbə üçün çıxmışdıq. Heç-heçə də istəmirdik. Çox üzgünəm. Çünki vurduğum qolla qələbəyə kömək etmək istəyirdim.
- Məğlubiyyətə əsas səbəb nə idi? “İnter” sizi nədə üstələdi?
- Belə deyim, aqressiv oynamadıq. Rəqib bu planda bizdən üstün idi. “İnter” “dişini göstərdi”, biz yox. Ancaq ikinci hissədə tam arxaya çəkilmişdilər, qoldan başqa şansları olmadı. Biz isə ardıcıl hücumlar edirdik. Hesabı 1:2 etdiyimizdən sonra şansımız vardı. Çünki hələ 52-ci dəqiqə idi. Ancaq üçüncü qolu buraxdıqdan sonra şansımız azaldı, ruhdan düşdük.
- Debütünüz pis olmadı. Hər halda, meydana çıxandan 6 dəqiqə sonra qol vurdunuz. Əsas heyətdə meydana çıxacağınızı gözləyirdiniz?
- Bəli. Çünki Antalyadakı təlim-məşq toplanışında keçirilən bütün yoxlama oyunlarında start heyətində meydana çıxdım. Bəlkə bu dəfə limitə görə əsas heyətdən kənarda qaldım. Ancaq İnşallah, növbəti oyunlarda ilk dəqiqələrdən meydanda olacağıma inanıram. Əslində, baş məşqçi mənə şans verdiyindən, debüt etdim. İkinci hissə başlayan kimi meydana girdim, özümü göstərdim. Mənim üçün qol vurmaq yaxşı oldu. Ancaq pis o idi ki, komandamız uduzdu.
- Qolu ölkəmizdə ən güclü əcnəbi qapıçılardan sayılan gürcüstanlı Georgi Lomayaya vurdunuz. “İnter”in qapıçısının səhvə yol verdiyi həmin epizodu necə xatırlayırsınız?
- Səhv deyəndə ki, həmin an Lomayanın qarşısı bağlı idi. Topu görmürdü, zərbəmi gözləmirdi. Buna görə də top qoltuğunun altından qapıya girdi.
- Maraqlıdır, 1 ildir oynadığınız çempionatımda qollarınızı saymısınız? Bu qolu digərlərindən fərqləndirirsiniz?
- Məncə, 5-6 qol vurmuşam. Belə oyunda qol vurmaq mənim üçün daha yaxşıdır. O qədər azarkeşlərin qarşısında “İnter” kimi güclü rəqibinə qapısına yol tapmaq... Üstəlik, debütümdə Lənkəranda fərqləndim.
- Debütünüzün belə olacağını gözləyirdiniz?
- Bəli. Qol vuracağıma da inanırdım.
- Siz Elnur Allahverdiyevi əvəzlədiyinizdən, sağ cinah müdafiəçisi kimi də oynayırdınız. Yəni tam irəlidə olmayıb, arxaya da qayıtmalı olmadığınız sizə çətinlik yaratmırdı?
- Yaradırdı. Bu zaman üç müdafiəli sistemə keçməli olduğumuzdan, mən də həm arxaya, həm də qabağa kömək etməli idim. Bu da mənim üçün çox çətin oldu.
- Bu məğlubiyyətdən sonra “altılığ”a düşmək şansınızı necə dəyərləndirərdiniz?
- Udsaydıq, 100 faiz “altılıq”da olacaqdıq. Uduzduğumuza görə indi qələbədən başqa heç nə düşünmürük. Ancaq “altılığ”a düzəcəyimizə inanıram.
- 6-cı yer uğrunda keçmiş komandanız “Sumqayıt”, habelə, AZAL, “Turan”, “Bakı” mübarizə aparır. Sizcə, onlardan biri lənkəranlıları kənardan qoya bilər?
- Düzdür, mübarizədə bir sıra rəqiblər var. Ancaq Azərbaycan çempionatında elə olub ki, hər kəs hər kəsi uda bilər. Biz mütləq “altılıq”da olmalıyıq, buna layiqik.
- Lider “İnter”lə xal fərqiniz artıq 13-dür. Çempionluq şansını nə dərəcədə real görürsünüz?
- “İnter”lə dünənki oyunu udsaydıq, deyə bilərdim ki, çempionluğa da oynayırıq. Düzdür, 13 xal çox deyil. Ancaq elə olmalıdır ki, bizdən irəlidə gedənlər 3-4 oyun uduzsun, biz isə qalib gələk. Bu isə çox çətindir.
- Artıq 1 aydır “Xəzər Lənkəran”ın heyətindəsiniz. Özünüzü yeni komandada necə hiss edirsiniz?
- Hər şey yaxşı alındı, çox sevincliyəm. Komandada 2-3 futbolçu ilə çox yaxınam: Rahid Əmirquliyev, Elnur Abdullayev. Deyə bilərəm ki, onlar olmasaydı, bir az çətinlik çəkərdim. Onlar da mənə çox kömək elədilər, komandaya yaxşı qəbul etdilər.
- Millinin Dubay toplanışına çağırılmadınız. Belə olan halda, millinin gələn ay keçiriləcək rəsmi oyunlara dəvət olunmaqla bağlı nə düşünürsünüz?
- Çağırılıb-çağırılmamağı bilmirəm. Dəvət birbaşa Berti Foqtsa bağlıdır. Futbolçunun milliyə çağırılmağı baş məşqçinin işidir. Ancaq mən istənilən halda, əlimi yana salmayacağam.
Mehman SÜLEYMANOV

0
0