Bakıda 2 debütant
12.02.2013 - 16:32
Bu gün start götürən VI Bakı Beynəlxalq Futzal Turniri 2 komanda üçün bu yarışda debüt xarakteri daşıyır. Apasport.az saytının məlumatına görə, Azərbaycanın 2-ci milli komandası və Belarus yığması tarixində ilk dəfə bu ənənəvi yarışda iştirak edəcək.
Artıq 6-cı dəfə baş tutacaq turnirdə indiyədək 10 komanda mübarizə aparıb. Bunlardan 9-u yığma, 1-i klub olub. Yarışın yeganə daimi iştirakçısı isə əsas millimizdir.
6-cı kubok uğrunda mübarizəyə qoşulacaq yığmamızın rəqiblərindən Özbəkistan 3-cü, Latviya ilə Moldova isə 2-ci dəfə paytaxtın qonağı olur. Baltikyanı ölkə təmsilçisi hələlik bu turnirdə qələbə qazanmayan yeganə komandadır.
Qeyd edək ki, əvvəlki 5 turnirin 30 oyununda 171 qol vurulub.

1 | Azərbaycan | 5 | 15 | 13 | 1 | 1 | 76-29 | 40 |
2 | Ukrayna | 2 | 6 | 5 | 0 | 1 | 16-8 | 15 |
3 | Türkiyə | 2 | 6 | 2 | 2 | 2 | 16-14 | 8 |
4 | Qazaxıstan | 1 | 3 | 2 | 0 | 1 | 7-5 | 6 |
5 | “Kaspi” (Rusiya) | 2 | 6 | 1 | 1 | 4 | 15-29 | 4 |
6 | Gürcüstan | 3 | 9 | 1 | 1 | 7 | 15-35 | 4 |
7 | Özbəkistan | 2 | 6 | 1 | 1 | 4 | 12-14 | 4 |
8 | Bakı | 1 | 3 | 1 | 0 | 2 | 3-12 | 3 |
9 | Moldova | 1 | 3 | 1 | 0 | 2 | 6-7 | 3 |
10 | Latviya | 1 | 3 | 0 | 0 | 3 | 5-18 | 0 |
0
0