Azərbaycan “Pro” məşqçilik konvensiyasına qoşuldu
12.02.2013 - 17:46
Azərbaycan “Pro” məşqçilik konvensiyasına qoşuldu
AFFA UEFA-nın “Pro” kateqoriyası üzrə məşqçi konvensiyasına qoşulub. Apasport.az-ın məlumatına görə, Avropa futbol qurumunun rəsmi saytı Azərbaycan və Belarusun bu birliyə qatıldığını açıqlayıb.

UEFA ona üzv olan milli assosiasiyalarla məşqçilər və təlimatçıların hazırlanması ilə bağlı aktiv iş aparır. Qurum hesab edir ki, yeni ölkələrin konvensiyaya qoşulması assosiasiyaların Avropa məşqçilər məktəbinin inkişafına yardımçı olmağa can atdığını göstərir. Buna görə də çalışdırıcılarla iş bütün Avropa futboluna faydalı olacaq.

Qeyd edək ki, UEFA-nın məşqçilərlə bağlı konvensiyası 1997-ci ildə təsis olunub. 2008-ci ildə bütün ölkələr “Pro”, A və ya B kateqoriyalarında biri üzrə konvensiyanın üzvü idi.