“Qarabağ”la oyunda ən azı 1 xal qazanmaq istəyirik” – MÜSAHİBƏ
12.02.2013 - 18:11
“Sumqayıt”ın futbolçusu Sabir Allahquliyev klubunun rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, hücumçu Topaz Premyer Liqasının XIX turunda 1:1 hesablı bərabərliyə qaldıqları oyun və növbəti turda “Qarabağ”la sınaq haqda fikirlərini açıqlayıb.
- Sizcə, “Sumqayıt” “Bakı” ilə oyunda 2 xal itirdi, yoxsa 1 xal qazandı?
- “Sumqayıt” ölkə xaricində hazırlaşmasa da, komandamızın paytaxtda yüksək səviyyədə təlim-məşq toplanışı keçdiyini düşünürəm. Beş həftəlik hazırlıq prosesində var qüvvəmizlə çalışıb, Topaz Premyer Liqasının ikinci mərhələsinə start verdik. Futbolçularımız “Bakı” ilə oyunda meydanda bütün güclərini sərf etdilər. Oyun etibarı ilə də rəqibdən üstün oynadıq. Təəssüf ki, qələbə hesabını qoruya bilmədik. Düşünürəm ki, “Bakı” kimi komanda ilə qazanılan 1 xal bizim üçün önəmlidir.
- Vurulan qolda sizin əməyiniz böyük idi, yoxsa Orxan Əliyevin?
- Futbol komanda oyunudur. Meydanda hər kəs uğur qazanmaq üçün çalışmalıdır. Vurulan qolda hər ikimizin əməyi var. Həmin anda başımı qaldırıb Orxanın boş mövqedə qərarlaşdığını gördüm. O da ötürməni layiqincə dəyərləndirdi.
- Komandaya yeni qoşulan futbolçular barəsində nə deyə bilərsiniz?
- Dövrələrarası fasilədə heyətə 4 futbolçu cəlb olundu. Biri qapıçı Tərlan Əhmədli olmaqla, Mirzağa Hüseynpur, Can Akgün və Eldar Cankişiyev məşqlərdə özlərini yaxşı tərəfdən göstərə biliblər. Lakin hazırlıq prosesinə nisbətən gec qoşulduqları üçün onlara müəyyən qədər vaxt lazımdır. Bir-iki oyundan sonra yeni transferlər də komandaya tam uyğunlaşacaq.
- “Sumqayıt”ı həftəsonu çətin “Qarabağ” səfəri gözləyir. Bu matçda komandanın əsas məqsədi nə olacaq?
- “Qarabağ”Azərbaycan Premyer Liqasının ən güclü klublarındadır. Milli komandamızın əksər üzvləri bu klubun formasını geyinir. Lakin biz də heç kimdən çəkinmirik. “Bakı” ilə görüşdə bunu göstərdik. Oyunun bizim üçün çətin keçəcəyini bilirik. “Sumqayıt” “Qarabağ”la görüşə uğur qazanmaq üçün çıxacaq. Ən azından bu qarşılaşmada 1 xal qazanıb “altılıq” şanslarımızı saxlamaq istəyirik.

0
0