Robertinyo: Azərbaycanda çempionat Gürcüstandakından daha güclüdür
12.02.2013 - 19:35
Robertinyo: Azərbaycanda çempionat Gürcüstandakından daha güclüdür
“Mən artıq bir neçə gündür Bakıdayam. Bu şəhər çox xoşuma gəldi”. Apasport.az saytının məlumatına görə, bunu “İnter”in ən son transferi olan Robertinyo deyib.

Braziliyalı hücumçu Tbilisi “Dinamo”sundan “İnter”ə “transfer pəncərəsi”nin bağlanmasına saatlar qalmış qoşuldu. Bu üzdən “Xəzər Lənkəran”a qarşı adı “18-liy”ə belə salınmayan Robertinyo növbəti turda meydana çıxa bilər.

O, “İnter”ə keçidi haqda ilk açıqlamasını verib: “Bu gün komandanın heyətində ilk dəfə məşq etdim və ümid edirəm ki, komandaya yaxın matçlarda kömək edə biləcəm. Mənə demişdilər ki, “İnter” Azərbaycanın ən yaxşı komandalarından biridir və indi bunun şəxsən şahidi oldum. Buna qədər mən Gürcüstan çempionatında iştirak edirdim, orada bir neçə güclü komanda var, ancaq Azərbaycanda çempionat daha güclüdür. Etiraf edim ki, bunadək “İnter”in bəzi futbolçularıyla tanış idim və düşünürəm ki, komandaya adaptasiya olmaq çətin olmayacaq. Ümid edirəm ki, bu mövsüm “İnter” məqsədlərinə çatacaq və mən də yeni klubuma uğura nail olmasında kömək edəcəm”.