“Onlar bizdən üstün oynadıqlarından, qələbə qazandılar”
12.02.2013 - 20:35
“Onlar bizdən üstün oynadıqlarından, qələbə qazandılar”
“Bakılılarla oyunda meydana çıxıb, əlimizdən gələni etdik. Amma yenə də istənilən kimi oynaya bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in futbolçusu Məhərrəm Hüseynov deyib. O, Topaz Premyer Liqasının 19-cu turunda “Neftçi”yə (0:3) məğlubiyyətdən sonra bu haqda klubun saytına açıqlama verib.

Hüseynov komandalarının “ağ-qaralar”a uduzmalarına baxmayaraq futbolçuların ruhdan düşmədiyini və qarşıdakı oyunlara ciddi hazırlaşdıqlarını vurğulayıb:

“Hər şey göz qabağında idi. Onlar bizdən üstün oynadıqlarından, qələbə qazandılar. Bununla belə, ruh düşgünlüyünə qapılmırıq. İstəyimiz yenilgilərə son qoyub, nəticə əldə etməkdir. İnşallah, azarkeşlərimizi qələbələrlə sevindirərik”.