“Çelsi”nin azarkeşləri Benitesi hirsləndirdi
12.02.2013 - 21:30
“Çelsi”nin baş məşqçisi Rafael Benites klubun azarkeşlərinin onun haqqında dediyi tənqidlərə sonunda cavab verib. Apasport.az saytının məlumatına görə, Roberto Di Matteonun yerinə müvəqqəti olaraq gətirildiyi tez-tez vurğulanan 52 yaşlı çalışdırıcı yerli azarkeşlər tərəfindən “istənilməyən adam” kimi göstərilib.
İngilis qəzeti “The Mirror”a müsahibə verən Benites azarkeşlərin reaksiyasını anlayışla qarşıladığını vurğulayıb: “İnsanların mənim haqqımdakı qəbulunu dəyişdirməyim çətindir. Mən bura yalnız oyun qazandırmaq üçün gəldim. Hadisələri bu istiqamətdən qiymətləndirmək, işimi daha asanlaşdıracaq. Futbolda hər zaman matç qazanılmır. Azarkeşlərin reaksiyasını anlayışla qarşılayıram. Ancaq onların mənə olan bu davranışları, mənə böyük təsir edir”.
Qeyd edək ki, “zadəganlar” İngiltərə Premyer Liqasının 26-cı turundan sonra 49 xal toplayıb və 3-cü pillədə qərarlaşıb. Onları lider “Mançester Yunayted”dən 16 xal ayırır.

0
0